“Neftçi” nigeriyalının transferini rəsmiləşdirdi

07.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Neftçi” hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi Finlandiyanın “Qnistan” klubundan nigeriyalı mərkəz hücumçusu Adeleke Akinyemini rənglərinə bağlayıb.

Karyerası ərzində Avropanın müxtəlif çempionatlarında çıxış etmiş 28 yaşlı forvard son illərdəki sabit oyunu ilə diqqət çəkib. İki mövsüm əvvəl “İlves”lə Finlandiya çempionatının gümüş mükafatçısı olan Akinyemi “Qnistan”ın heyətində cari mövsümdə keçirilən 22 matçın hamısında meydanda olub. O, vurduğu 13 qolla “Veikkaussliqa”nın bombardirlər siyahısına başçılıq edirdi.

Tibbi müayinədən uğurla keçən nigeriyalı hücumçu “Neftçi” ilə “2+1” illik müqaviləyə imza atıb. Təcrübəli forvard yeni komandasında “26” nömrəli formanı geyinəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью