Neftçi nin baş məşqçisi: Əsl xarakter nümayiş etdirdik İdman və Biz

18.01.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Oyunçulara, komanda heyətinə və kluba təşəkkür edirəm, çox böyük iş gördülər".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin basketbol komandasının baş məşqçisi Daviti Çivçivadze klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Gürcü mütəxəsissi "Naxçıvan"la oyunda qazanılan 73:63 hesablı qələbəni şərh edib: "Oyunçularımız isə bu gün əsl xarakter nümayiş etdirdilər və nəticədə qələbə qazandıq. Onları həm göstərdikləri oyuna, həm də qazanılan qələbəyə görə təbrik edirəm. Rəqib komandaya da yaxşı oyun göstərdiklərinə görə təşəkkür edirəm. İnanıram ki, bu cür davam edə bilsək, gələcək oyunlarda uğurlarımız bol olacaq".

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью