Neftçi nin baş məşqçisi Yuri Vernidub: Bizi qarşıda çətin oyunlar gözləyir

18.09.2026

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Neftçi"ni qarşıda ağır qarşılaşmalar gözləyir.

BAKU.WS xəbər verir ki, bunu adıçəkilən komandanın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının VI turunda "Qəbələ"yə qarşı matçdan sonra baş tutan mətbuat konfransında bildirib.

Mütəxəssis çətin rəqibə qarşı oynadıqlarını bildirib:

"Bu matçın ardından bir neçə futbolçumuz milli komandaların düşərgəsinə qoşulacaq. Digər oyunçularımıza isə beş günlük istirahət verəcəyik. Daha sonra, sentyabrın 24-dən etibarən "Sabah"la qarşılaşmanın hazırlıqlarına start verəcəyik. Növbəti rəqibimiz son Azərbaycan çempionudur. Bu səbəbdən həmin görüşə xüsusi diqqətlə hazırlaşacağıq. Ardınca oktyabrın 2-də "Araz-Naxçıvan"la yoxlama matçında qüvvəmizi sınayacağıq. "Sabah"la görüşdən sonra isə bizi "Qarabağ" və "Turan-Tovuz"la prinsipial və kifayət qədər ağır qarşılaşmalar gözləyir".

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" qarşılaşması Bakı klubunun 3:0 hesablı qələbəsi ilə bitib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью