Neftçi nin basladı Yoxlama oyunu olacaqmı?

07.10.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Neftçi"nin millilərin oyunları ilə bağlı yaranan fasilədən necə istifadə edəcəyi bəlli olub.

Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı məlumat verib.

Klub rəsmisi Bakı təmsilçisinin yoxlama oyunu keçirməyəcəyini bildirib: "Komanda 3 günlük istirahətdən sonra bu gün bir araya gəlib və məşqlərə başlayıb. Hər hansı yoxlama oyunu nəzərdə tutulmayıb. Fasilə başa çatana qədər hazırlıq bu şəkildə davam edəcək".

Xatırladaq ki, 7 oyuna 8 xal toplayan "Neftçi" hazırda turnir cədvəlinin 9-cu pilləsində mövqe tutub. Samir Abasovun çalışdırdığı kollektiv növbəti çempionat oyununu "Palms Sport Arena"da "Araz-Naxçıvan"a qarşı keçirəcək.  

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью