Neftçi nin bəxti gətirmir, çox istəyərdim ki, bu komanda lider olsun

29.10.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi"nin sabiq forvardı Paşa Əliyev Sportal.az saytına açıqlama verib.

O, "ağ-qaralar"ın bu mövsümkü çıxışından danışıb və komandanın çempionluq şanslarını dəyərləndirib:

"Neftçi"nin bəxti gətirmir. Yaxşı oynasalar da, alınmır. Amma çox istəyərdim ki, "Neftçi" lider olsun, bu klub bizim "flaqman"ımızdır, ona görə çox insan onların birinci olmasını istəyir. Son matçda "Turan Tovuz"dan üstün oldular, yaxşı qalibiyyət əldə edildi. Azlıqda oynasalar da, qələbə qazanmağı bacardılar. Bundan əvvəl "Qarabağ"la matçda da qələbə yaxın idilər, amma bəxtləri gətirmədi. Bəli, son illərlə müqayisədə "Neftçi"də irəliləyiş var. Amma lap əvvəlki illərinə hələ çatmayıb. Çünki "Neftçi" "Sabah"dan da "Qarabağ"dan da güclü olmalıdır. Doğrudur, rəqabət var. Amma onlardan öndə olmalıdır. "Neftçi" həmişə seçilib, seçilməlidir. Ad-sanına uyğun oynamalıdır. Məncə, qarşıdakı turlarda komanda yenə də öz sözünü deyəcək.

Düzünü desəm, çempion olacaqlarına çox da inanmıram. Çünki "Sabah" buna imkan verməyəz, güclü rəqabət gedir. Onlar oyunu ilə göstərir ki, birinci yerə layiqdir. Amma "Neftçi" də yaxşı komandadır, "Qarabağ"la ikinci yer uğrunda mübarizə apara bilər. "Zirə" də var, onlar da yaxşı komandadır".

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью