Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Konfransı Liqasının təsnifat mərhələsinin 1-ci turunda mübarizə aparacaq “Neftçi”nin bütün potensial rəqibləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, potensial rəqiblər sırasına Albaniyanın “Elbasani” klubu da əlavə edilib. Püşkatmada sıralama səpələnmişlər sırasında yer alacaq "Neftçi"nin bütün 26 potensial rəqibinin siyahısı belədir:
“Velej Mostar” (Bosniya və Herseqovina), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlveş” (Finlandiya), “Santa Koloma” (Andorra), “Konnah” (Uels), “Bohemians” (İrlandiya), “Qlentoran” (Şimali İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter Turku” (Finlandiya), “Malişeva” (Kosovo), “Elimai” (Qazaxıstan), “Dinamo Siti” (Albaniya), “Strassen” (Lüksemburq), “Hegelmann” (Litva), “Penibont” (Uels), “Runavik” (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar” (Monteneqro), “Marsaxlokk” (Malta), “Nomme Kalyu” (Estoniya), “Elbasani” (Albaniya), “Karnarfon Taun” (Uels), “Mondorf-les-Bayns”(Lüksemburq) və “Petrovaç” (Monteneqro).
Birinci turun püşkatması 16 iyunda, oyunlar isə 9 və 16 iyulda keçiriləcək.
Onu da qeyd etmək lazımdır ki, əgər “Turan Tovuz” avrokuboklardan kənarlaşdırılarsa, “Neftçi” ikinci təsnifat mərhələsindən başlayacaq. “Turan Tovuz”un yerini isə MPL-də beşinci yerdə qərarlaşan “Zirə” qərarlaşacaq və turnirə 1-ci təsnifat mərhələsindən başlayacaq.
saytlarin hazirlanmasi