Neftçi nin əsas və sevilən bir futbolçusu olaraq... Elvin Camalov | Icma.az
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq. "Neftçi"nin yeni transferi Elvin Camalov paytaxt klubuna keçidini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi "ağ-qaralar"ın mətbuat xidmətinə açıqlamasında bunları deyib: “Əlbəttə, “Neftçi” kimi tarixi zəngin olan böyük klubda olmaq çox böyük hissdir.
Təbii ki, çox həyəcanlıdır. İnşallah, çox ümid edirəm ki, bu həyəcanı yenib komanda üçün faydalı olacağam.
Ümid edir və inanıram ki, “Neftçi” daha da yuxarılarda olacaq və bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
Daha yaxşı nəticələr qazanmaqda mən də pay sahibi olmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.
Hər bir futbolçunun arzusu olduğu kimi, mən də buna nail olduğum üçün sevincliyəm.
Burada olmaq böyük bir sevinc olduğu kimi, böyük bir məsuliyyət də tələb edir.
Çünki burada azarkeşlərin istəyi, gözləntisi daim yuxarılardır.
Tam oxu
Xəbəri oxu