Neftçi nin futbolçuları üçün seminar keçirildi

18.11.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

AFFA-nın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr Uşaq Hüquqları ayı çərçivəsində uşaqların hüquqlarının müdafiəsi və təhlükəsiz idman mühitinin təşviqi məqsədilə seminar təşkil olunub.

Sportal.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində keçirilən tədbirdə “Neftçi” PFK-nın 14 və 15 yaşadək futbolçulardan ibarət komandalarının üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Ombudsman aparatının Uşaq Hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalının çıxış etdiyi seminarda əsas mövzular uşaqların hüquq və vəzifələri, futbolda uşaq hüquqları və uşaqların internet təhlükəsizliyi olub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью