Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Neftçi" PFK-nın U-19, U-17, U-16, U-15 və qızlardan ibarət U-16 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. Sport24.az xəbər verir ki, "Palms Sports" Futbol Mərkəzində təşkil olunan tədbirdə komandalaların üzvlərinə oyun qaydaları, danışılmış oyunlara qarşı mübarizə və irqçiliyə qarşı mübarizə haqda məlumat verilib.
Oyun qaydaları ilə bağlı Gənclər Futbolunun inkişafı proqramının rəhbəri Sənan Qurbanov və U-19 komandasının baş məşqçisi Asif Ramazanov, danışılmış oyunlara qarşı mübarizə mövzusunda isə məsul şəxs Hikmət Məmmədov danışıb. Koorporativ sosial məsuliyyət üzrə mütəxəssis Rüstəm Nəcəfov irqçiliyə qarşı mübarizə haqda məlumat verib.