Neftçi nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü FOTO/VİDEO

07.10.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, dünya futbolunun əfsanəsi Lionel Messi Argentina millisində son oyununu keçirib. 39 yaşlı hücumçu vida matçı üçün Buenos-Ayresdə "Monumental Antonio Vespucio Liberti" stadionunda Benin yığmasına qarşı meydana çıxıb.
Bizim.Media xəbər verir ki, Benin yığmasını meydana kapitan kimi "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda çıxarıb. Almeyda matçdan əvvəl Messiyə komandası adından hədiyyə də təqdim edib.
Qeyd edək ki, Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Messi millidəki son matçında bir qol, iki assist edib. Bununla da L.Messi milli karyerasını 208 oyun, 126 qol və 70 məhsuldar ötürmə ilə tamamlayıb. (Oxu.az)


Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью