Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Neftçi"nin futbolçusu Misirə qarşı oynayacaq?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Afrika Millətlər Kubokunun qrup mərhələsində Botsvana ilə görüşdə zədələnən Benin millisinin və "Neftçi"nin futbolçusu Sessi D`Almeydanın durumu bəlli olub.
QOL.az xəbər verir ki, millinin baş məşqçisi Gernot Rohr Misirlə bu gün keçiriləcək 1/8 final oyunu üçün təşkil edilən mətbuat konfransında D`Almeyda ilə bağlı danışıb.
O deyib ki, 30 yaşlı yarımmüdafiəçi artıq zədəsini sağaldıb və sıraya dönüb: "Sessi d'Almeida yarımmüdafiəyə qayıdacaq, amma kapitanımız və hücumçumuz Stiv Muniyenin oynaya bilməyəcəyi ehtimalı var" - deyə o qeyd edib.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun 1/8 finalında bu gün keçiriləcək Misir - Benin matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.