Neftçi nin futbolçusu: Rəqib buna imkan vermirdi

20.10.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yaxşı və çətin oyun alındı". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu İfeanyi Metyu deyib.
Yarımmüdafiəçi "Araz-Naxçıvan"la heç-heçə etdikləri Misli Premyer Liqasının VIII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Qol imkanları da əldə etdik. Amma yararlana bilmədik. Düşünürəm ki, komandamız yaxşı çıxış etdi".
Bakı təmsilçisinə yeni qoşuçan nigeriyalı oyunçu görüşün sonunda tempin aşağı düşdüyünü söyləyib:
"Biz tempi yuxarı səviyyədə saxlamağa çalışırıq. Amma rəqib buna imkan vermirdi. Onlar cərimələr edirdi və ya yerə yıxılırdılar".
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью