Neftçi nin heyətində 3 itki var İdman və Biz

18.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Neftçi” Misli Premyer Liqasının 19-cu turunun oyununa hazırlığını başa vurub.

İdman.biz xəbər verir ki, komandanın 3 futbolçusu “Sabah”la matçda meydana çıxa bilməyəcək.

“Ağ-qaralar”ın bu gün oyunöncəsi keçirilən son məşqində Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo zədə səbəbindən bu görüşü buraxacaqları dəqiqləşib.

Qeyd edək ki, yanvarın 19-u “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 18:30-da başlanacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью