Neftçi nin hücumçusuna milli dəvət

18.09.2026

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Neftçi"nin hücumçusu Denzel Jubitana Surinam milli komandasına dəvət olunub.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçunun komandası Mərkəzi Amerika zonasının Millətlər Liqasında oyunlar keçirəcək. Surinam yığması Honduras (26 sentyabr), Martinika (29 sentyabr) və Qvatemala ilə (3, 6 oktyabr) qarşılaşacaq.

Qeyd edək ki, Denzel Jubitana 28 avqust tarixində "Neftçi"yə qoşulub. O, "ağ-qaralar"ın heyətində 1 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью