Neftçi nin istədiyi müdafiəçiyə çempiondan təklif gəldi seçim qarşısındadır

19.06.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi"nin transfer siyahısında yer alan Feliks Yeboa Yeboa daha bir klubun diqqət mərkəzindədir.

Sportal.az saytına verilən məlumata görə, kamerunlu futbolçuya növbəti təklif oynadığı Bolqarıstandan gəlib.

"Arda"nın futbolçusu Bolqarıstan çempionu “Levski” transfer etmək istəyir. Bunun üçün Yeboa ilə danışığa da keçiblər. 29 yaşlı mərkəz müdafiəçisinin hansı qərarı verəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Kamerun millisinin sabiq üzvünün “Arda” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.

O, PSJ-nin yetirməsidir və Bolqarıstana gəlməmişdən əvvəl PSJ B və “Genqam”ın formasını geyinib.
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью