Neftçi nin keçmiş bazası bağlandı, bir neçə komandanın planları pozuldu

05.08.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi"nin keçmiş bazası müvəqqəti bağlanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb Azərbaycan İdman Akademiyasına qəbul üçün qabiliyyət imtahanının sözügedən arenada baş tutmasıdır.
Bugündən etibarən avqustun 9-na kimi stadionda qabiliyyət imtahanı olacaq. 

Bu səbəbdən bəzi komandalar məşqlərini müvəqqəti olaraq başqa yerdə etməli olacaqlar. 

Qeyd edək ki, stadiondan "Araz Naxçıvan"ın əvəzediciləri, "Xankəndi", "Şəfa", "Cəbrayıl", "Ulduz FA" və digər komandalar yararlanır.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью