Neftçi nin keçmiş forvardı Juninyo haqda: O, hər şeyin ən yaxşısına layiqdir

12.03.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Neftçi"nin sabiq hücumçusu, hazırda Bolqarıstanın "Arda" klubunda oynayan Andre Şinyaşiki Misli Premyer Liqasında çıxış edərkən rəqib olduğu “Qarabağ”ın keçmiş hücumçusu Juninyo ilə dostluğundan danışıb.

Sportal.az xəbər verir ki, "Super Radio Tupi"yə danışan braziliyalı Juninyonun "Flamenqo"ya keçidini də şərh edib:

"Juninyo əla futbolçudur, əla da insandır. Mən onunla Azərbaycanda dostlaşmışdım. Əminəm ki, o, "Flamenqo"nun uğurlarına böyük töhfə verəcək. Juninyoya ən yaxşısını arzulayıram. Çünki indi olduğu yerə çatmaq üçün çox mübarizə apardı. O, həqiqətən bütün bunlara layiqdir".

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью