Neftçi nin köhnə tanışı Çivadze 70 yaşında FOTO

08.04.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Bu gün Gürcüstan futbolunun əfsanəsi Aleksandr Çivadzenin 70 yaşı tamam olur.

İdman.biz xəbər verir ki, o, ötən əsrin 70-80-ci illərində Tbilisi “Dinamo”su və SSRİ yığmasının müdafiəçisi və kapitanı olub.

Çivadze 1980-ci ildə SSRİ-nin ən yaxşı futbolçusu adını və Moskva Olimpiadasının bürünc mükafatını qazanıb.

1981-ci ildə Tbilisi “Dinamo”su ilə Kuboklar kubokunun qalibi olub.

Çivadze Azərbaycan futbolsevərlərinə də yaxşı tanışdır, o, Tbilisi “Dinamo”sunun heyətində 70-80-ci illərdə dəfələrlə “Neftçi”yə qarşı çıxış edib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью