Neftçi nin legioneri 3 həftə komandaya kömək edə bilməyəcək

05.04.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin legioneri sıradan çıxıb.

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın yarımmüdafiəçisi Renosuke Ohori Azərbaycan kubokunun ilk yarımfinal mərhələsinin “Sabah”a qarşı keçirdikləri oyunda (1:2) zədələnib.

Yapon futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb. Matçın 66-cı dəqiqəsində əvəzlənən Ohorinin üç həftəyə yaxın komandasına kömək edə bilməyəcəyi bildirilir.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının 29-cu turunda “Şamaxı” ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью