Neftçi nin legioneri Kəpəz lə matçı buraxacaq

04.03.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi" Misli Premyer Liqasının 25-ci turunda "Kəpəz"lə matçın hazırlığını başa çatdırıb. Sport24.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. 

"Ağ-qaralar" bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər. "Neftçi"nin futbolçusu Andrey Ştoqrin zədə səbəbindən "Kəpəz"lə görüşü buraxacaq.

Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" – "Neftçi" oyunu saat 17:00-da başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью