Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Neftçi"nin futbolçusu Sessi Almeyda karyerasını yenidən Kiprdə davam etdirməyə yaxındır.
Sportal.az saytına verilən məlumata görə, beninli futbolçunu “Aris”(Limassol) heyətində görmək istəyir.
Kipr klubu onun keçidini bu yay heyətini realladırmaq niyyətindədir. Sessi özü də daha çox oynamaq üçün komandasını dəyişməyə müsbət yanaşır.
30 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Sessi “Paris”, “Barnsli”, “Blekpul”, “Yovil Taun”, “Valensien”, “Tondela”, “Pau” klublarında oynayıb.