Fanat saytına istinadən Icma.az xəbər verir.
"İmişli" növbəti mövsüm üçün əsas komandadan çox aşağı yaş qruplarından ibarət komandalara diqqət ayırır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbol akademiyasına bir-birinin ardınca təyinatlar reallaşdıran bölgə klubu daha iki məşqçi ilə anlaşıb.
Ötən mövsüm "Neftçi"nin akademiyasında çalışan məşqçi Elnur İmanquliyev bundan sonra "İmişli"də eyni işi yerinə yetirəcək. 42 yaşlı mütəxəssis "Rəvan", "Zirə", "Qəbələ" və "Qarabağ"ın aşağı yaş qruplarında çalışıb. "Neftçi"də U-15 və U-16 komandalarının baş məşqçisi olub.
Bundan başqa, "Qəbələ"də, o cümlədən "Fener Bakı", "Baku Sportinq" və EFA klublarında uşaq futbolu üzrə məşqçilik edən, "Qaradağ Lökbatan"da köməkçi məşqçi kimi işləyən, son iş yeri "Difai" olan Ayxan Cəfərzadə də bundan sonra "İmişli" akademiyasında çalışacaq.
Qeyd edək ki, "İmişli" bundan əvvəl "Sabah"dakı fəaliyyəti ilə tanınan Rövşən Babayevi, həmçinin Pro kateqoriyalı Vüqar Əsgərlini akademiyaya cəlb edib.
Mirağa