Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Çox çətin oyun idi”.
İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XIII turunda NTD ilə qarşılaşmadan sonra deyib.
O bildirib ki, məğlub olsalar da, komandası müdafiədə yaxşı oynayıb: “Ancaq bu, oyunu udmağa bu bəs etmir. Mənə, həmçinin bütün komandaya bir daha sübut edildi ki, oyuna daha yaxşı hazırlaşmalı, meydana daha hazırlı çıxmalıyıq".
Qeyd edək ki, “Neftçi” NTD-yə 100:105 hesabı ilə uduzub.
İdman.biz