Neftçi nin növbəti sınaq matçının başlama vaxtı bilindi

21.07.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Neftçi" iyulun 22-də Polşa təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" yerli "Termalitsa Nyeçetşa" ilə qarşılaşacaq. 

Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək oyun "Sportovi novini" stadionunda təşkil olunacaq və "Neftçi TV" vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) bakılılar iyulun 27-də "Asteras Tripolis" (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) ilə üz-üzə gələcəklər.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью