Neftçi nin oyununda dava düşdü Video

23.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əvəzedicilər Liqasında XXXVI turun "Sabah-2" - "Neftçi-2" matçında futbolçular arasında dava düşüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 53-cü dəqiqədə qonaq komandanın legioneri Andrey Santos meydan sahiblərinin hücumçusu Ağadadaş Salyanskini topla yerə yıxıldığı vaxt ayağından vurub. Santos bu yolla topu Salyanskidən almaq istəyib.

Bunun qarşılığında "Neftçi-2"nin forvardı ayağa duraraq, "Sabah-2"nin oyunçusunun boğazından yapışıb. Tərəflər arasında insidentin böyüməsinə komanda yoldaşları imkan verməyib.

Baş hakim Fərid Hacıyev Salyanskiyə birbaşa qırmızı, Santosa sarı vərəqə göstərib.

Həmin vaxt "Neftçi-2" 2:0 hesabı ilə öndə olub. Say üstünlüyündən yararlanan "Sabah-2" qalan dəqiqələrdə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra hər iki lider komandanın xalları 69 olsa da, daha üstün göstəricilərə malik "Sabah-2" 1-ci yeri tutub və Azərbaycan çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью