Icma.az, Qaynarinfo saytına istinadən bildirir. Əvvəlcə sizə bir lətifə danışım, bayramöncəsi əhvalınız yüksəlsin.
Bir gün dovşan meşədə gəzəndə qarşısına canavar çıxır. Dovşanı yemək fikrinə düşən canavar onu qovmağa başlayır.
Meşənin kənarında pəncərəsinin şüşəsi açıq "Zaporojest” markalı maşın görən dovşan açıq pəncərədən içəri hoppanır.
Canavar da başını şüşədən içəri salsa da, gövdəsi ilişir. Pəncərənin şüşəsini bir az da qaldırıb, canavarı maşının qapısına həbs edən dovşan
Axırda da canavar deyir ki, "yaxşı, dovşan. Mən bu "zapı”dan da olmasa, onun qapısından birini alacağam.
Səni ora bağlayandan sonra gör başına nə oyun açacağam”. Lətifəsi "Neftçi”dən uzaq olsun.
Ölkənin ən qocaman futbol klubu illərdir ki, uğursuzluq zolağından çıxa bilmir. "Ağ-qaralar”ın "qara günləri” uzanır.
Ölkə çempionatında mükafata həsrət qalan "Neftçi” ardıcıl ikinci mövsümdür ki, avrokuboklara da qatıla bilmir.