Neftçi nin qadınlardan ibarət komandası ÇL də ilk oyununa çıxır

30.07.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin 4-cü qrupunda ilk oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Siyasət Əsgərovun komandası Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək.

Allbaniyanın paytaxtı Tiranada keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

30 iyul

UEFA Çempionlar Liqası

1-ci təsnifat mərhələsi, IV qrup

20:00. "Fomget" (Türkiyə) - "Neftçi"

Baş hakim: Hanna Layanen (İsveç).

Tirana. "House of Football Natural Pitch" stadionu

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" qələbə qazanacağı təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə üstün olacaq tərəf II təsnifat mərhələsinə adlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью