Neftçi nin qapıçısı Premyer Liqada 100 cü oyununa çıxıb

26.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XX turunda "Araz-Naxçıvan"la oyun "Neftçi"nin qapıçısı Emil Balayev üçün əlamətdar olub.

"Report"un məlumatına görə, 30 yaşlı qapıçı Azərbaycan çempionatları tarixində 100-cü matçına çıxıb.

Azərbaycan millisinin üzvü daha əvvəl Premyer Liqada "Səbail", "Qarabağ" və "Zirə"nin də formasını geyinib.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Neftçi" qarşılaşmasında ilk hissə oynanılır və hesab açılmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью