Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Neftçi"nin qolkiperi Rza Cafarov qışda komandadan ayrıla bilər.
Sportal.az saytına verilən məlumata görə, gənc qapıçı ona gələn təklifləri dəyərləndirməyi planlaşdırır.
Cəfərova artıq bir müddətdir ki, “Traktor”, “Dinamo”(Buxarest) klubları heyətində görmək istəyirdi. Hazırda bu klubların təklifləri qüvvədə deyil.
Amma Xorvatiya, Türkiyə, Yunanıstan və Sloveniya klubları Rza ilə yaxından maraqlanır.
Onlardan biri Yunanıstan Super Liqasında mübarizə aparan "Volos"dur. "Şəfa"nın da transfer siyahısında yer almış Cəfərovun hansı seçimi edəcəyi hələ ki bəlli deyil.
23 yaşlı qapıçının "Neftçi" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi