Neftçi nin qol silahı na bu klublar elçi düşdü

23.09.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

“Neftçi”nin braziliyalı futbolçusu Breno Almeyda qış transfer pəncərəsində Bakı klubunu tərk edə bilər.

Fanat.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı vinger PAOK və Kiprin “Pafos” klublarının maraq dairəsindədir.

Hər iki komandanın Almeydanın transfer imkanını yanvar ayında nəzərdən keçirəcəyi bildirilir.

Braziliyalı futbolçu bu mövsüm “Neftçi”nin əsas "qol silahı" hesab olunur. Almeyda bu mövsüm "ağ-qaralar"ın heyətində  7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Neftçi” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Breno cari ilin fevralında Kiprin “Etnikos” klubundan Bakı təmsilçisinə keçib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью