Neftçi nin sabiq futbolçusu: Hadisə zamanı üzüm kəsilmişdi İdman və Biz | Icma.az
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Neftçi"nin sabiq futbolçusu, Rumıniya millisinin keçmiş üzvü Adrian Neaqa Sportal.az saytına müsahibə verib.
İdman.biz xəbər verir ki, 2009-2010-cu illərdə Azərbaycan çempionatında oynamış 45 yaşlı futbol veteranı ölkəmizdə çıxış etdiyi dövrü xatırlayıb.
- Hazırda nə işlə məşğulsunuz? - Futbol agenti kimi çalışıram. Ancaq indi daha çox uşaq futbolundayam. Hər halda futboldan kənar qalmamışam.
- Azərbaycan futbolunu izləyirsiniz? Son vaxtlar diqqətinizi çəkən əsas məqam hansı olub?
- Düzünü desəm, hansısa komandanı xüsusi olaraq izləməmişəm. Amma Azərbaycan futbolunun son illərdəki nəticələrindən xəbərdaram.
Məsələn, “Qarabağ”ın Azərbaycan futbolunda dominantlıq etdiyini, hətta Avropa yarışlarında da uğurlu nəticələrinin olduğunu bilirəm.
- Sabiq komandanız "Neftçi" haqda nə düşünürsünüz? - “Neftçi”nin də nəticələri ilə maraqlanram. Daha çox turnir cədvəlinə baxıram.
Tam oxu
Xəbəri oxu