Neftçi nin sabiq futbolçusu milli komandanın direktoru vəzifəsinə təyin edilib

20.01.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Neftçi" klubunun sabiq müdafiəçisi İqor Mitreski Makedoniya millisində direktor vəzifəsinə təyin edilib.

Oxu.Az xəbər verir ki, Makedoniya Futbol Federasiyası Mitreskini ölkənin gənclərdən ibarət (U-21) komandasına yeni direktor təyin edib.

Qeyd edək ki, bir müddət əvvəl Bakının "Zirə"sindən ayrılan daha bir makedoniyalı Borce Xristovun Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsini aldığı məlum olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью