Neftçi nin təcrübəli yarımmüdafiəçisi zədə səbəbindən millinin Haiti ilə oyununu buraxa bilər

11.03.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 26-cı turunda "Turan-Tovuz"a qarşı matçı (1:1) zədə səbəbindən buraxan "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov yaşıl meydanlardan kənarda qalmaq riski ilə üzləşib.

Oxu.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həftə sonuna qədər sağalmasa, təkcə 27-ci turun "Səbail"lə qarşıdakı oyununu deyil, həm də Azərbaycan millisinin təlim-məşq toplanışını buraxmalı olacaq.

Bu halda onun Haiti (22 mart) və Belarus (25 mart) milliləri ilə yoldaşlıq görüşlərində oynamayacağı da dəqiqləşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью