Neftçi nin Turan Tovuz sınağı

10.05.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 34-cü turunun ikinci oyun gününə Tovuzda yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Neftçi"ni qəbul edir.

Qonaqlar üçün bu matçın o qədər də əhəmiyyəti yoxdur. "Ağ-qaralar"ın nə mükafatçılar sırasına düşməyə, nə də avrokuboklara yollanmağa şansı var. Meydan sahibləri isə əksinə, "bürünc" və Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparır.

Qeyd edək ki, Rəşad Əhmədovun ədaləti qoruyacağı qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

19:30. "Turan Tovuz" - "Neftçi"

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Tovuz. Şəhər stadionu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью