Neftçi nin üç futbolçusu Kəpəz lə oyunu buraxacaq

27.02.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”lə qarşılaşacaq "Neftçi"nin üç futbolçusu meydana çıxa bilməyəcək.


Sherg.az kluba istinadən xəbər verir ki, zədələrini sağaldandan sonra hələ də tam hazır olmayan Andrey Ştoqrin və Rafael Quzzo, həmçinin səhhətində problem yaranan Robert Bauer "ağ-qaralar"a kömək edə bilməyəcəklər.

Qeyd edək ki, fevralın 28-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 19:30-da başlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью