Neftçi nin yayda transfer edəcəyi ilk futbolçu BƏLLİ OLDU

08.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Neftçi" qış transferi pəncərəsində "Sumqayıt"la yollarını ayıran Cordan Rezabalanı yayda heyətinə qatacaq.

Oxu.Az "Sportinfo"ya istinadən xəbər verir ki, hazırda karyerasını Meksikanın II Liqa təmsilçisi "Dorados de Sinaloa"da davam etdirən futbolçu yayda yenidən Azərbaycana qayıdacaq.

Cordan Rezabala "Neftçi" ilə səkkiz min dollarlıq maaş müqabilində razılaşıb.

Qeyd edək ki, Cordan Rezabala 2024-cü ilin fevralından ötən aya qədər "Sumqayıt"ın formasını geyinib. Həmin müddətdə keçirdiyi 20 rəsmi matçda üç qol və üç asistlə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью