Neftçi nin yeni transferi 2 illik müqavilə üçün sabah Bakıya gəlir EKSKLÜZİV

07.08.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi" klubu daha bir futbolçunun transferini yekunlaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" "Monpelye"də çıxış edən Falaye Sakonun keçidini həll edib.
30 yaşlı sağ cinah müdafiəçisi klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edir. Mali millisinin üzvünün sabah - cümə günü Bakıya gələcəyi gözlənilir. O, paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Falaye Sako 2023-cü ildən "Monpelye"nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью