Neftçi nin yeni transferi üçün Kipr klubuna ödəyəcəyi məbləğ MƏLUM OLDU

14.02.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçi" yeni transferi Bassala Sambunun keçidi üçün "Enosis Neon Paralimni"yə (Kipr) təzminat ödəyəcək.

Oxu.Az xəbər verir ki, futbolçu üçün ödənəcək təzminatın məbləği müəyyənləşib.

Kipr mediasında yayılan xəbərlərə görə, Azərbaycan təmsilçisi "Enosis Neon Paralimni" klubuna 100 min avro ödəniş edəcək.

Qeyd edək ki, 27 yaşlı hücumçu "Neftçi" ilə 1.5 illik müqavilə imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью