Neftçi nin yeniyetmə futbolçuları Beşiktaş ın məşqini izləyiblər | Icma.az
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Neftçi"nin 17 yaşadək futbolçuları Türkiyənin "Beşiktaş" klubunun əsas komandası ilə görüşüblər.
"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə "qara qartallar"ın baş məşqçisi Ule-Qunnar Solskyaer, Bakı klubunun idman direktoru Zaur Əzizov da iştirak ediblər.
Yeniyetmə oyunçular, "Neftçi" rəsmiləri əsas komandanın məşqini izləyiblər.
Ule-Qunnar Solskyaer və Zaur Əzizov bir-birilərinə klublarının formalarını hədiyyə ediblər.
Qeyd edək ki, "Neftçi"nin U-17 komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu