Neftçi nin yetirməsi 2 ci Liqanın debütantı ilə anlaşdı

07.07.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu yay "Xankəndi"dən ayrılan Pərviz Qaraxanovun yeni klubu bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi "Marafon"la anlaşıb. 

O, sözügedən komandada ötən mövsüm "Xankəndi"də köməkçi məşqçi olan, bir neçə gün əvvəl isə "Marafon"a yeni baş məşqçi təyin olunan Ceyhun Cavadovla yenidən birgə olacaq.

Qeyd edək ki, 28 yaşlı Qaraxanov "Xankəndi"dən əvvəl yetirməsi olduğu “Neftçi”nin, o cümlədən, “Səbail”, “Baku Siti” və “Qusar” komandalarının şərəfini qoruyub.

Xatırladaq ki, "Xankəndi" ötən mövsüm II Liqada çempionluğunu rəsmiləşdirərək I Liqaya vəsiqə qazanıb. Region Liqasının son finalçısı "Marafon" isə növbəti mövsüm II Liqada çıxış edəcək.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью