Neftçi nin Zirə ilə oyununun biletləri 2 manatdan satışa çıxarıldı

09.04.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının 30-cu turunun aprelin 13-də keçiriləcək "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, azarkeşlər biletləri iticket.az saytından əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 2, 3, 5, 15 və 20 AZN təşkil edir.

"Neftçi Arena"da baş tutacaq görüşün biletləri oyun günü stadionun kassalarında da satışda olacaq.

Qarşılaşma saat 19:15-də başlanacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью