“Neftçi” onun üçün 100 min avro ödəyəcək

14.02.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Neftçi” yeni transferi Bassala Sambunun keçidi üçün “Enosis Neon Paralimni”yə təzminat ödəyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.

Artıq təzminatın məbləği də müəyyənləşib. Bildirilib ki, Azərbaycan təmsilçisi Kipr klubuna 100 min avroluq ödəniş edəcək.

Qeyd edək ki, 27 yaşlı hücumçu “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью