“Neftçi” onunla yollarını ayırdı RƏSMİ

14.09.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

“Neftçi”də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda ilə Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

29 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunub.

Camalov bu müddətdə Bakı klubunun heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Neftçi” futbolçuya göstərdiyi peşəkarlıq və əzmkarlığa görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bassala Sambu “Turan Tovuz”a keçir? – AÇIQLAMA “Turan Tovuz” nə qədər dözməlidir? “İmişli”dən “Şəfa”ya - RƏSMİ “Sabahın ulduzları”: “Qarabağ” və “Sabah”dan qələbə Murad Məmmədovun komandasından qələbə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью