Neftçi oyunöncəsi son məşqinə çıxdı

22.07.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Neftçi" Polşanın Keltse şəhərində təlim-məşq toplanışını davam etdirir. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın üzvləri toplanışın 7-ci günündə növbəti məşqə çıxıblar.

Bu, "ağ-qaralar"ın yerli "Termalitsa Nyeçetşa" klubuna qarşı sabah keçirəcəyi ikinci yoxlama oyunundan əvvəl son hazırlığı olub.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək görüş "Sportovi novini" stadionunda təşkil olunacaq və "Neftçi TV" ilə canlı yayımlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью