Neftçi oyununun biletləri satışa çıxarıldı

18.07.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda "Neftçi" və Belarusun "Dinamo" (Minsk) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 8, 12, 35 və 50 manatdır.

Biletləri klubun mobil tətbiqindən və ya bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Stadionun kassasında isə satış oyun günü saat 12:00-dan etibarən başlayacaq.

Xatırladaq ki, iyulun 22-də "Palms Sports Arena"da baş tutacaq "Neftçi" - "Dinamo" matçı saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 30-da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью