Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Misli Premyer Liqasının IX turunda "Neftçi" öz meydanında "Turan Tovuz"la qarşılaşıb. SİA xəbər verir ki, "Palms Sports Arena"da baş tutan qarşılaşma 1-1 hesablı heç-heçə ilə başa çatıb.
Ev sahiblərinin heyətində Breno Almeyda (44), qonaqlardan isə Aleksa Yankoviç (77) adını tabloya yazdırıb. “Neftçi” ilk hissədə azlıqda qalıb.
"Neftçi" 18 xalla ikincidir. "Turan Tovuz" isə 15 xalla dördüncü sırada qərarlaşıb.
Mətləb