“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir

05.12.2024

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neftçi” komandası Özbəkistan millisinin futbolçusu Cəsurbek Yaxşıboyevi heyətinə qatmaq istəyir.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, 27 yaşlı hücumçu “ağ-qaralar”ın transfer siyahısında yer alır.

Hazırda Qazaxıstanın "Ordabası" klubunda çıxış edən oyunçunun Bakı təmsilçisinə keçidinin qış fasiləsində rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, C.Yaxşıboyev Özbəkistan yığmasının heyətində 10 oyunda 2 qolla yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью