Neftçi Partizan dan cavab gözləyir

03.02.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Neftçi" Serbiya "Partizan"ının sabiq futbolçusu Nemanya Qlavçiç ilə danışıqlar aparır.

İdman.biz Sportlife.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" 28 yaşlı yarımmüdafiəçinin ilinə 220 min dollar təklif edib.

Lakin serbiyalı oyunçu hələlik Bakı klubuna keçməyə razılıq vermir. Başqa təklifləri nəzərdən keçirən Qlavçiç "Neftçi"yə konkret olaraq "yox" deməyib. O, bakılıların təklifini son variant kimi əlində saxlayır.

Qeyd edək ki, son komandası Yunanıstan "Volos"u olan futbolçu ölkəsinin "Teleoptik", "Spartak", "Slaven Belupo" və Rusiyanın "Ximki" klublarında da çıxış edib. O, Serbiyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında forma geyinib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью