Neftçi Polşa klubuna qarşı

05.11.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını bu gün keçirəcəklər.

Apasport.az xəbər verir ki, I qrupunda mübarizə aparan "Neftçi" IV turda Polşanın "Trefl" komandasını qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qrupun digər görüşündə "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, "Trefl" 6 xalla liderdir. "Neftçi" 5 xalla ikinci, "Kalev" 4 xalla üçüncü, "Abşeron Lions" isə 3 xalla dördüncü sırada qərarlaşıb.

"Neftçi" NTD-ni məğlub edib Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib ABL: V turun növbəti oyunları keçirilib “Gəncə” “Şəki” ilə, “Sərhədçi” “Sumqayıt”la üz-üzə gələcək ABL: V tura start verilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью