Neftçi Polşadakı ilk oyununda heç heçə etdi

17.07.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Neftçi" bu gün Polşadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisi “Hapoel”lə (İsrail, Təl-Əviv) qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

"Ağ-qaralar"ın heyətində qolu ilk dəqiqədə Emin Mahmudov vurub. 

Qeyd edək ki, “Neftçi” iyulun 22-də Polşa “Termalika”sı, 27-də Yunanıstan “Asteras”ı və 1 avqustda Kipr AEL-i ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью